reklam

Manşet

Əfsanəvi döyüşçü Elxan Əliyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyinzadənin büstünü ziyarət edib.

Yazar Unknown 30 Haziran 2015 Salı 0 yorum

Elxan Əliyevi tanıyırsınız?
Tanımırsınızsa oxuyun və tanıyın. Lerik rayonundan olan Elxan Əliyev ikinci qrup Qarabağ əlilidir. Qarabağ savaşında onlarla erməni öldürüb. Göstərdiyi qəhrəmanlıqlara görə ona "Rembo" ləqəbini veriblər. Elxan bir neçə dəfə yaralanıb və 7 dəfə əməliyyat olunub. Onun yaralanması xəbərini hətta prezidentə də deyiblər və Elxan o zaman xüsusi qoruma altında Moskvaya müalicəyə göndərilib. Hal-hazırda sağ gözü görmür. Elxan hal-hazırda Hollandiyada yaşayır.
Elxanın 2014-cü ildə "Bizim Yol" qəzetinə verdiyi müsahibədən bir hissə: "Kimliyimi, haradan gəldiyimi heç vaxt unutmaq istəmirəm. Həmişə dediyim bir söz var. Mənim birinci anam Azərbaycandır, sonra isə öz anamdır. Əgər vətənimi sevmirəmsə, anamı necə sevə bilərəm? Ancaq belə olmamalıydı. Bizi unutmamalıydılar."

Hiç yorum yok: