reklam

Manşet

Atilla

Yazar Unknown 19 Haziran 2015 Cuma 0 yorum
Dünyanın ən məşhur sərkərdələri sırasında böyük bir türkün öz yeri var. Bu, «Avropanın imperatoru» titulunu qazanmış mahir sərkərdə, Napoleonun kumiri, türk oğlu Atilladır. O, Avropa xalqlarının xatirində əfsanəvi sərkərdə və ədalətli hökmdar kimi əbədi olaraq qalıb. Xüsusən german xalqları onu öz şifahi ədəbiyyatlarında həm qəhrəman, həm də ədalətli bir hökmdar kimi anırlar. Atillanı heç kəs məğlub edə bilməyib. 453-də – Atilla öləndən sonra oğulları arasında hakimiyyət üstə dava düşdü. Onların içində anası avropalı olan çoxlu oğlan vardı. Murad Adcı yazır ki, hunlar bütün xalqları məğlub etmişdilər. Məğlub etmədikləri bircə xalq vardı: özləri! Atilla öləndən sonra özləri ilə vuruşmağa başladılar. Bu döyüşdə isə qalib və məğlub yox idi.

Hiç yorum yok: