reklam

Manşet

AXCP fəalı Elvin Abdullayevə 6 il həbs cəzası verildi.

Yazar Unknown 2 Haziran 2015 Salı 0 yorum
Narkotika ittihamı ilə şərlənərək həbs olunmuş AXCP fəalı, siyasi məhbusElvin Abdullayevə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il həbs cəzası verildi. Hökmdən əvvəl Elvin son söz dedi və onun çıxışını ayaq üstə, alqışlarla qarşıladıq. 
Elvin: “Bu, mənim son sözüm deyil. Son söz Tanrının dərgahında deyilir. Mən çox xöşbəxtəm. Mən qalibəm. Bu, mənim diktatura üzərində qələbəmdir. Bəli, mən xoşbəxtəm. Bu rejim qarşısında sınmadığım, vicdanla mübarizə apardığım üçün xoşbəxtəm. Bir gün bu zalda məni mühakimə edənlər özləri mühakimə olunacaq. Başda İlham Əliyev olmaqla, ədalətsizlik edən bütün məmurlar cavab verməli olacaqlar. Üstündə üç ton narkotik tutulan hakimiyyət, bu gün məni bir neçə qram narkotiklə şərləyir, mühakimə edir. Mənim həbsimdə məqsəd, mübariz insanları, əqidədaşlarımı qorxutmaq, susdurmaq idi. Amma bacarmadılar, onların gözləntilərinin əksi baş verdi. Heç bundan sonra da bacarmayacaqlar. Mən seçdiyim yola, apardığım mübarizəyə görə peşman deyiləm. Çünki cinayətkar deyiləm. Cinayətkarlar vəzifə başında oturan bu rejimin məmurlarıdır. Ona görə də, bunlar məni mühakimə edə bilməz. Tutduğum yoldan qürur duyuram. Yaşasın Azərbaycan, yaşasın Xalq Cəbhəsi".
Biz də səninlə qürur duyuruq Elvin!


Hiç yorum yok: