Manşet
Avropa oyunlarının açılış
mərasiminin xərcləri
Pekin və Londonu geridə
qoydu
Azərbaycanda keçirilən I
Avropa Oyunlarının açılış
mərasimi xərclərinə görə
tarixə düşə bilər. Belə ki,
rəsmi məlumata görə,
acılış mərasiminə sərf
edilən xərc 100 milyon
manatı ötüb. Yarışın
miqyası nəzərə alınsa, bu
fantastik bir rəqəmdir.
Müqayisə üçün deyək ki,
2008-ci ildə Pekində
keçirilən olimpiya
oyunlarının açılış
mərasiminə 100 mln dollar
xərclənib və bu tarixin ən
bahalı açılış mərasim
hesab olunur. Ancaq Pekin
olimpiyadası Bakı oyunları
ilə müqayisəyə gəlmir.
2013-ci ildə Londonda
keçirilən son olimpiya
oyunlarının açılış
mərasiminə 27 mln funt
sterlinq, yəni 42 mln dollar
xərclənib. Olimpiya və
paralimpiya oyunlarının
açılışı və bağlanış
mərasimlərinə isə
ümumilikdə 80 mln funt
sterlinq, yəni 124 mln
dollar sərf olunub.
2010-cu ildə Vankuverdə
keçirilən qış
olimpiadasının açılışına 40
mln dollar xərclənib.
Soçi olimpiadasının açılış
və bağlanış mərasimlərinin
xərci barədə dəqiq məlumat
açıqlanmasa da,
mərasimin London
olimpiadasından 20% baha
baha gəldiyi deyilir. Bu da
təxminən 140-150 min
dollar edir.
Ölkəyə bir çox problemlər
bahasına baha gələn
Avropa oyunlarının
bağlanış mərasiminə nə
qədər vəsaitin xərclənəcəyi
hələ açıqlanmır.
Üstəlik nəzərə almaq
lazımdır ki, rəsmilər bir
çox halda xərcləri
azaltmaqda da maraqlıdır.
Bu baxımdan oyunların
ölkəyə göstərildiyini xeyli
baha başa gələcəyini
indidən tərəddüd etmədən
demək olar.
Olimpiya oyunlarının
miqyası, ölkəyə gələn
qonaqların, turistlərin
sayını, nəticədə əldə edilən
xərcləri Bakı Oyunlarının
göstəriciləri ilə müqayisə
etmək yersizdir. Bu
baxımdan xərcin nə qədər
böyük olduğunu təsəvvür
etmək elə də çətin deyil.



Hiç yorum yok: