Manşet
Yaşlılarda qoxu,iybilmə duyğusunun itməsi ölümün əlaməti ola bilər. ABŞ-dakı Kolumbiya universitetinin alimləri 65 yaş və daha yuxarı yaş qrupu arasında araşdırma aparıb.Araşdırmanın nəticələri "Annals of Neurology"jurnalında dərc olunub.Araşdırmada iştirak edən yaşlılara təxminən 40 müxtəlif maddə iylədilib. Araşdırma qrupu daha sonra iştirakcılardan iylədikləri maddələrin nə olduğunu siyahıda qeyd etmələrini istəyiblər.Alimlər bu siyahıya nəzərən iştirakcıların sağlamliq vəziyyətini təhlil ediblər.Nəticədə məlum olub ki,qoxuları ayırd etməkdə çətinlik çəkən 349 nəfər xəstəlikdən, ya da qəza nəticəsində 4 il ərzində dünyasını dəyişib. Araşdırmanın rəhbəri həkim Davangere Devanand qoxu və iybilmə duyğusunun azalması ölüm riskinin əlaməti olduğunu bildirib.Onun sözlərinə görə,iybilmə qabiliyyəti azaldıqca ölüm riski daha da artır. Devanand araşdırmanın yalnız yaşlıları əhatə etdiyini söyləyib.O,araşdırmanın nəticələrinin gənc və orta yaşlılara aid olub-olmadıgını müəyyən etmək ücün başqa təcrübələrin aparılmasının lazım olduğunu vurgulayıb. Alimlər qoxu duyğusunun azalmasının agır bir xəstəliyin əlaməti ola bildiyini və bəzi qəzaların yaranmasına səbəb ola biləcəyini söyləyiblər.Məsələ burasındadır ki,iybilmə duyğusunu itirmək yaşlıların xarab olmuş qidanı yeyərək zəhərlənməsinə gətirib cıxarır.




Hiç yorum yok: