Manşet
“Bu qəzet hakimiyyətə
müxalifət çuxasında
lazımdır, “Səs” kimi yox.
Onu yönədənlər isə “Səs”
əxlaqında olub, müsavatçı
kimi görünmək istəyir”
“Qəzetin rəhbərliyi
hakimiyyətə satılıbsa, öz
taleyi ilə barışmalı,
günəmuzd çax-çuxunu
etməli və günlük mədə
ehtiyaclarını ödəməlidir”
Milli Şura sədri Cəmil
Həsənli “Yeni Müsavat”
qəzetinin son sayında
özünə və rəhbərlik etdiyi
quruma qarşı dərc olunan
yazıya münasibət bildirib.
C.Həsənli bu yazını
“çərənləmə” adlandırıb və
qəzet rəhbərliyinə çox sərt
üslubda cavab verib. Milli
Şura sədrinin facebook
səhifəsində paylaşdığı
cavabı təqdim edirik:
“Dəyrli dostlar! Dünən,
iyun ayının 13-də “Yeni
Müsavat” qəzeti şəxsimizə
və rəhbərlik etdiyimiz Milli
Şuraya qarşı növbəti
rəzalətini yapdı. Söhbət
“Milli Şura Putinin
“molodes”ini qazana
bildimi” adlı çərənləmədən
gedir (Bax: http://
musavat.com/…/milli-
shura-putinin-molodesini-
qazana-…).
İnanın buna əhəmiyyət
verməmək də olardı. Ən azı
ona görə ki, Rusiya
prezidenti Putini gah
Azərbaycanın “dostu”
rakursunda, gah da onun
qəhrəman obrazı fonunda
palaz-palaz vəsf edən “Yeni
Müsavat” qəzetidir. Əgər
xatırlayırsınızsa, Vladimir
Putin türkləri aşağılayıb,
aprelin 24-də ermənilərin
uydurma soyqırım
iddialarının 100 illiyi
tədbirlərinə qatılmaq üçün
Ermənistana gedəndə “Yeni
Müsavat” 22 aprel sayında
“Putin İrəvana elə bir
şərtlə gedir ki...” adlı onun
səfərinə bəraət qazandıran
təmtəraqlı yazı vermişdi
(Bax: http://musavat.com/
…/putin-irevana-ele-bir-
shertle-gedir-ki…).
Qəzetin “Siyasət şöbəsi”nin
hazırladığı bu materialda
qeyd edilirdi ki, sən demə
Rusiya prezidenti
İrəvandakı yubiley
tədbirinə qatılmaq üçün
Sərkisyana şərt qoyub:
“Dağlıq Qarabağın
separatçı lideri mərasimdə
gözə görünməməli,
prezidentlərlə yanaşı
durmamalıdır”. Sual
olunur, əgər Dağlıq
Qarabağın separatçı rejimi
hətta Ermənistan
tərəfəndən belə tanınmırsa,
rəsmi protokolda necə
Putinlə yanaşı dayana
bilərdi? Bu şərt Putinin
ağlına gəlmədiyi halda,
“Yeni Müsavat” tərəfindən
onun Türkiyə və
Azərbaycana qarşı
yönəlmiş addımına bəraət
qazandırmaq üçün
uydurulmuşsa, bu halda
necə olur ki, Putinin
“Molodes”ini onu hər
nömrəsində vəsf edən
“Yeni Müsavat” deyil,
bütün fəaliyyəti boyu
Rusiya prezidentinin
qonşulara qarşı təcavüzkar
siyasətini ifşa edən Milli
Şura almalı olur? Bunu bir
nümunə kimi gətirsəm də,
“Yeni Müsavat” qəzetinin
belə sərsəm iddialarına baş
qoşmaq, cəfəng
materiallarına vaxt
itirmək fikrində deyiləm.
Məqsədim hökumətlə iş
birliyinə girmiş,
hakimiyyətin müxalifətə
qarşı başlıca media
ruporuna çevrilmiş bu
qəzetin əsl mahiyyətini
açmaq, məlumatsızlıq
ucbatından hələ də onun
təsirində qalmış sadə
vətəndaşlarımızı
məlumatlandırmaqdır.
“Yeni Müsavat” 11 iyun
sayında yazır: “Milli Şura
və Cəmil Həsənlinin
ünvanına Azərbaycan
mediasında,
televiziyasında çoxsaylı
tənqidlər gedir. Heç birinə
cavab vermir, yalnız bir
zamanlar yaxşı
münasibətdə olduğu “Yeni
Müsavat” qəzetində
barəsində çap olunan
materiallara reaksiyalar
verir”. Haqlı qeyddir.
Mənim haqqımda “Səs”,
“Yeni Azərbaycan”,
“Haqqın.az”, ANS,
hakimiyyət tərəfindən
idarə olunan onlarla qəzet
və media qurumlarında
gedən tənqid və təhqir
xarakterli materiallara heç
bir reaksiya vermirəm.
Ona görə vermirəm,
bilirəm ki, bu “Səs”dir,
“Gündəlik Bakı”dır. 30-cu
illərdə Yaponiya Çinə
təcavüz edəndə böyük
rəssam Əzim Əzimzadə
“Molla Nəsrəddin” üçün
maraqlı bir karikatura
çəkmişdi. Həmin əsərdə Çin
böyük bir fəhlə timsalında
təsvir edilir, üzərində
Amerika, İngiltərə, Fransa,
Almaniya və Yaponiya
yazılmış imperialist
dövlətləri də köpək
formasında ona hücum
edirlər. Karikaturada Çin
fəhləsi üzünü Yapon
köpəyinə tutaraq deyir:
“Ay haramzada Yapon
köpəyi, qoy bunlar
hürsünlər ki, Avropa və
Amerikadan cəmdək
yırtmağa gəliblər, sən ki,
Asiyalısan, sən niyə
hürürsən?”. Bax məsələ
burasındadır ki, “Səs”,
“Yeni Azərbaycan”,
“Gündəlik Bakı” və bu
sıradan olan media tör-
töküntülərindən fərqli
olaraq, “Yeni Müsavat”
hələ çiyinlərində müxalifət
“yapıncısı”, onun natəmiz
əməllərindən xəbərsiz olan
xeyli adamı öz cazibəsində
saxlaya və hakimiyyətin
maraqlarına xidmət edən
yalanı cəmiyyətə
ötürməyin dozasını
inandırıcı dərəcədə
balanslaşdıra bilir. Onun
şef redaktoru həm Ramiz
Mehdiyevin müşavirəsində
iştirak etməyi, həm də yay
gəlməsinə baxmayaraq,
müxalifətçilik
“yapıncısını” çiyinlərində
saxlamağı məharətlə
bacarır. Çünki “Yeni
Müsavat” qəzeti
hakimiyyətə müxalifət
çuxasında lazımdır, “Səs”
kimi yox. Onu yönədənlər
isə “Səs” mahiyyətində,
“Səs” məzmununda, “Səs”
əxlaqında olub
müsavatçılıq ideyasının
təmsilçisi kimi görünmək
istəyirlər. Bax, biz burada
susa bilmərik, hətta
qəzetin baş redaktor
müavinin dediyi kimi
“Yeni Müsavat” qəzetinin
Cəmil Həsənlinin üzərində
böyük haqqı-sayı” olsa
belə.
Bu haqqı-sayı heç kim
inkar etmir. Amma 2003-cü
ilin prezident seçkilərində
İsa Qəmbəri, 2013-cü ildə
Cəmil Həsənlini müdafiə
edib bu müstəvidə
qazanılmış oxucu
etimadını indi
hakimiyyətin xidmətinə
vermək, rejimin təlimatı ilə
(və yalnız təlimatı ilə deyil)
hərəkət edib, onun ideoloji
mərkəzlərində hazırlanmış
materialları “mötəbər”
mənbəə adı ilə cəmiyyətə
sırımaq əxlaq anlayışına
ziddir. Siyasi məhbus
taleyi yaşamış bir adamın
hakimiyyətin repressiya
siyasətinə haqq
qazandırması, Məkkə
ziyarətinə getmiş bir
adamın haqdan uzaq
düşüb hər gün namuslu
adamların ünvanına
yalan, böhtan, şər-şəbədə
qoşması, çirkab atması,
müxtəlif pərdəarxası
oyunların iştirakçısına
çevrilib, bir vaxtlar təmsil
olunduğu düşərgəni
diskreditasiya etməsi, yüz
ildən artıq ənənəsi olan bir
partiyanı hakimiyyətin
yedəyinə sürükləməsi
mənəvi natamamlıq
kompleksidir. Kimə sirdir
ki, bu gün Elbəyi Həsənlini
Müsavat partiyasının
üzərinə qaldıran Rauf
Arifoğlu, hacı Raufdur.
Bütün bu vəsiqə hay-
küyünün, arayış qalma-
qalının arxasında nələr
dayanır? İlk növbədə
partiyaya təzyiq edib onu
hakimiyyətin yedəyinə
gətirmək, dialoq güruhuna
qoşmaq, yüz ilin siyasi
təşkilatını hakimiyyətin
əlavəsinə çevirib
simasızlaşdırmaq. “Yeni
Müsavat”ın başladığı
çirkin oyunlara reaksiya
verməyimiz məhz bununla
bağlıdır.
Qəzetin rəhbərliyi
hakimiyyətə satılıbsa, öz
taleyi ilə barışmalı,
günəmuzd çax-çuxunu
etməli və günlük mədə
ehtiyaclarını ödəməlidir.
Necə ki, çoxları bunu edib,
“Yeni Müsavat” da olsun
onlardan biri. Amma
kimsə hakimiyyətlə iş
birliyində olub Azərbaycan
cəmiyyətinin namuslu
kəsimini hədəfə almaq,
vətəndaşlıq mövqeyini
saxlamış insanları
qaralamaq, siyasi
oyunbazlıqla məşğul olmaq
və milli dəyərləri alqı-satqı
predmetinə çevirmək
istəsə, biz əlbəttə, bu
məsələlərə reaksiya
verəcəyik.



Hiç yorum yok: