reklam

Manşet

Cəmil Həsənli:"Qəribə ölkədə yaşayırıq."

Yazar Unknown 7 Haziran 2015 Pazar 0 yorum
 Bir tərəfdən Azərbaycanın öz qapılarını Avropaya açması barədə televiziya və mətbuatın difirambların səs-küyü qulaq batırır, o biri tərəfdən Avropaya qarşı total bir təbliğat kampaniyası gedir. Avropa oyunlarında erməni idmançıların xərcin ödəyənlər rəsmi təbliğata uymayan hər kəsi erməni adlandırmaqdan çəkinmir və YAPlaboratoriyasında öz qanlarını da yoxlatsaydılar pis olmazdı. Başqasının damarlarında erməni qanı axtaranlar bəlkə bir dəfə öz mah
iyyətlərini də ortaya qoyub hansı göstəricilərin sahibi olduqlarını sübut etsinlər. Bəlkə, ağıl meyarına, savad göstəricisinə, intellekt səviyyəsinə, hətta fiziki konturlarına görə YAP ideoloqları xüsusi istedad sahiblərinə çevriliblər, xəbərimiz yox. Kim haqqın tələb edir, kim mitinq edir, kim haqq söz deyir, kim millətin halına yanır, kim ölkəni ağzına alan bu alovu söndürmək istəyir sən demə bunlar hamısı erməni imiş. Və sən demə bircə YAP-ın yaratdığı korrupsiya bataqlığında üzən “saf qanlı” məmurlarımız, ölkəni rüşvət girdabına yuvarlamış natəmiz güruh “təmiz qan” sahibləri imiş. Bu boyda Bakı şəhərini, Sumqayıtı, Gəncəni ölüm üzlüklərindən “təmizləyənlər”, ölkəni əsrin söküntü meydanına çevirənlər utanıb-qızarmadan hələ danışmağa cəsarət də edirlər. Avropa oyunlarının açılış ərəfəsində Eynullanın anti-qərb seriyalları televiziyalarıızı bəzəməkdədir. Yüzlərlə siyasi məhbusu, vicdan zindanisi, məhbus jurnalisti olan bir ölkə Eynullanın gözləri ilə Avropa ölkələrində müsəlmanların pozulmuş haqlarını axtarır. Mayın 19-da 4 körpə uşağın məmur məsuliyyətsizliyindən diri-diri kabab olduğunu görməyən birisi Kopenhagen, Stokholm, Osloda uşaqların döyülməsindən, öz jurnalist həmkarı Elmar Hüseynovun qatilləri tutulmayan bir ölkənin jurnalisti İsveçdə siyasi qətllərin üstünün açılmamasından dəm vurur. Film boyu gedən bu müsahibələrdə bircə dəfə müsəlman qardaşlarımızdan soruşulmur ki, sən niyə öz ölkəndə iş, çörək, normal həyat, insan kimi yaşamaq haqqı tapa bilməmisən ki, bu bəyənmədiyin İsveçə, Norveçə, Almaniyaya, Hollandiya və onlara Avropa ölkəsinə pənah gətirmisən? Bəs bunun sirri niyə açılmır ki, indinin özündə belə onlarla müsəlman ölkələrindən din qardaşlarımız ayaqları Avropa dəymək üçün həyatlarını riskə qoyur, hər gün ölkəsindən baş götürüb nicat üçün Avropaya üz tutan yüzlərlə pənahəndə Aralıq dənizinin sularına qərq olur. “Qərib Qərb”i qaralayan bədbəxt bilmir ki, onun müsahibləri öz vətənlərində də qərib olublar və indi də qərib olmaqda davam edirlər.

Hiç yorum yok: