reklam

Manşet

İnsanlar niyə öpüşür?

Yazar Unknown 6 Haziran 2015 Cumartesi 0 yorum
Niyə sevdiyimiz insanlarla öpüşmək istəyirik? Bu istək haradan və necə yaranıb? Anadangəlmə  instinktdir,yoxsa sonradan qazanılır? Fizioloji olaraq bəllidir ki,dodaqlarda olan sinir ucluqlarının təması zamanı hipofiz vəzisi qanımıza xoşbəxtlik hormonları,o cümlədən, endorfin və seratonin ifraz edir,bu da insanda eyforiya yaradır.Amma bu tam cavab deyil:hipofiz niyə belə etməlidir ki? Bununla baglı birmənalı cavab yoxdur,amma bir necə nəzəriyyə var.                                                                      Versiyalardan birini Oksford Universitetinin alimləri irəli sürmüşdülər:öpüşmək insana imkan verir ki,insan bədəni özü ücün nəsil vermək baxımımdan ideal tərəf-müqabili secə bilsin.Yəni öpüşmək-qarşı tərəfin genetik keyfiyyətini müəyyən etmək ücün orqanizmə test şansı yaradır.Bu bir növ iki orqanizm arasında informasiya mübadiləsidir.İnsanlar öpüşərkən digər orqanizmdən kimyəvi siqnallar alırlar,bu siqnallar onlara bir-birilərinə nə dərəcədə uyğun olmaları haqqında bilgi verir.Buna əsaslanan secim güclü immun sisteminə malik uşağın doğulmasına imkan yaradır.              Bu nəzəriyyənin xeyrinə olan arqumentlərdən biri də budur ki,qadınlar öpüşməyi kişilərdən daha cox xoşlayırlar.Cünki qadın dünyaya gətirəcəyi uşaqların gələcəyini etibarlı təmin etmək ücün qarşı tərəfi daha diqqətlə və məsuliyyətlə secməlidir.                                                                                                  Başqa bir versiya insanların sürü halında yaşadığı dövrlə bağlıdır:o dönəmlə ki,uşaqları yedizdirmək ücün analar qidanı ceynəyib sonra öz ağızlarından uşağın ağzına ötürürmüşlər.Bunu indi də belə edənlər var və hətta fikir vermisinizsə,uşağın dişləri cıxandan sonra analar onları sakitləşdirmək istəyəndə dodaqları ilə balalarına toxunurlar.                                                                                             Daha bir versiya isə odur ki,iki orqanizm öz arasında bakteriya mübadiləsi edir.Bu zaman qarşı tərəfin bakteriyaları bizə kecir və orqanizmin mikroflorası dəyişir.Bu, immuniteti gücləndirməyə səbəb olur.                                                                                                                                                    Başqa bir versiyaya görə, qədimdə insanlar hələ duz emal etmədikləri vaxtlarda,bu maddəya olan ehtiyaclarını bir-birinin dərisini yalamaqla təmin edirmişlər.Bəzi başqa canlılar indi də belə edir.            Bütün hallarda sübut olunub ki,öpüşmək insan ücün faydalıdir.Belə bir fikir mövcuddur ki,tez-tez öpüşən insanların ömrü 10-12 il uzanır.

Hiç yorum yok: