Manşet
Erməni idmançılar bəyan ediblər ki, Bakıda özlərini çox rahat hiss edirlər, onlara yüksək səviyyədə diqqət göstərilir. Dünyaca məşhur “Guardian” qəzetinin idman yazarı isə ermənilər qədər hörmətli ola bilmədiyindən Bakıya buraxılmayıb.
Tanınmış hüquq müdafiə təşkilatlarının nümayəndələri də ölkəyə buraxılmayıb. İndi hökumətdəki “ağıllılar” hesab edirlər ki, ölkəyə gələ bilmədiklərinə görə onlar daha Azərbaycan və buradakı rejim haqda heç nə yaza bilməyəcəklər. Amma “Guardian” da bu “ağıllılar”ı çox tez məyus etdi. Uzaqdan vurulan növbəti zərbəni buradan oxuya bilərsiz.http://www.theguardian.com/…/azerbaijan-bans-guardian-europ…
Heç beynəlxalq araşdırmaçı jurnalistlər də Bakıya gəlməyiblər. Amma bu onlara mane olmayıb ki, Əliyevlərin ölkənin bank sektorunu necə ələ keçirdiklərini araşdırıb ortaya qoysunlar.http://www.azadliq.mobi/a/27066839.html Buyurun, oxuyun, görün ki, Paşa Bank, Kapital Bank, Express Bank, Azərbaycan Sənaye Bankı, Xalq Bank, Silkway Bank, VTB Bank, ATA Bank və digər banklar hakim ailənin əlinə necə keçib və onlar bu banklar vasitəsilə xalqa yüksək faizlə verdikləri kreditlərdən milyardları necə qazanırlar.
Günün tragikomediyası isə Avropa Oyunlarına 8 milyard dollar pul xərcləmiş Azərbaycan hökumətinin “Avropa bizdən əl çək!” şüarı ilə Avropa Birliyi nümayəndəliyi qarşısında piket təşkil etdirməsi oldu. Adama deyərlər ki, kim sizdən xahiş etmişdi ölkənin olan-qalan pulunu da xalqın boğazından kəsib, avropalıların özlərinin də açılışını boykot etdikləri Oyuna xərcləyəsiniz, yolları da bağlayıb, camaata zülm edəsiniz?



Hiç yorum yok: