reklam

Manşet

Ələsgər Məmmədoğlu yazır:Türkiyədə seçkinin nəticələri bəlli oldu.

Yazar Unknown 8 Haziran 2015 Pazartesi 0 yorum
 AKP birinci partiya olsa da, müəyyən itkiləri olub. 7 %-lik bir itki var. Ancaq ən ciddi nəticə parlamentdə 276 millət vəkili limitinə çatmadığı üçün, təkbaşına bir hökumət qurmaq şansını itirdi. Bunun əsas səbəbindən biri, AKP-nin lider dəyişimi və Davudoğlunun karizmatik bir lider olammasıdır. 2-ci önəmli səbəb AKP-də 3-cü dönəm yasağının qüvvəyə girməsi və partiyanın ağır toplarının kənarda qalmasıdır. Buna görə də partiya təşkilatı yaxşı işləmədi və seçkidə iştirak 80%-i keçmədi. 3-cü ciddi səbəb, Türkiyənin parlamentar sistemi dəyişməyə dönük Erdoğanın təşəbbüsləri və gedərək avtoratitarlaşmasıdır. Xalq Başqanlık sisteminə keçid istəyinə yaşıl işıq yandırmadı. 4-cü səbəb, Atatürkün Partiyası olan CHP-nin səsələrinin kürd terroristlərinin partiyasına gedib, onları 10%-lik seçki baryerasından qurtarması və Parlamentə gətirilməsidir. Bunun nəticəsidir ki, ana müxalifət partiyası olmağına baxmayaraq CHP 2011-ci ildə olan son seçkilərdəki səsələrini 1%-dən çox itirib. Bu səslər də HDP-yə gedib. AKP-də kürd açılımına müsbət baxmayan milliyətçi kəsimin təxminən 4%-lik qısmi səslərini MHP-yə verib və MHP səslərini artırıb.
Bu seçimdən çıxan ilk nəticə,
1: Əgər bir hökumət qurulacaqsa, bu koalisiya hökuməti olacaq.
2: AKP-nin iki variantlı hökumət qurmaq şansı var, AKP-MHP, AKP-HDP. AKP-MHP hökumətinin qurulması demək, Kürd açılımının tarixin arxivinə keçməsi olacaq. Bu başqa nəticələrə, problemlərə aparacaq. Xüsusilə terrorun yenidən xortlaması kimi. AKP-HDP koalisiyasının qurulması, AKP-nin yaxın vaxtlarda daha ciddi əriməyə getməsinə və çox qısa müddətdə erkən seçkini gündəmə gətirəcək.
3: AKP-HDP koalisiyasnın bir bazarlıqla qurula bilmə ehtimalı da rəfə qaldırıldı. AKP və HDP-nin birlikdə sayı, Konstitusiyanı dəyişməyə yetmir. Beləliklə, kürd muxtariyyatına qarşı, Başkanlık sistemi bazarlığı baş tutmayacaq.
4: Üfiqdə bir erkən seçim olacaq. Xalqdan 50%-dən çox səs alan Cumhurbaşkanı Erdoğan və gücsüz bir hökumət. Bu da müəyyən problemləri yaradacaq.
Yekun olaraq Türkiyə siyasət səhnəsi daha da qaynar bir dönəmə girir.

Hiç yorum yok: