reklam

Manşet

Odessa vilayətinin yeni qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yerli sakinlərlə görüşüb.

Yazar Unknown 18 Haziran 2015 Perşembe 0 yorum
 O, həm də yeni təyin etdiyi polis rəhbərini də insanlarla tanış edib. Saakaşvili rəisə tapşırıb ki, insanları dinləsin. Yeni polis rəhbəri Gürcüstan daxili işlər nazirlinin keçmiş müavini Gia Lortkipanidzedir.
Saakaşvili rəislə marketə girir və əlini rəisin çiyninə vurub deyir: «Mən onu gətirdim ki, problemlərlə tanış olsun, sadə insanları görsün»
O, Lortkipanidzeyə narkotik və korrupsiya ilə mübarizədə sadə insanlara inanmağı tapşırıb: «Bu insanlar sənin sahibindir. Onlar hər şeyi sənə deyəcək».
Daha sonra Saakaşvili küçəyə çıxır, yol bağlandığına görə hərəkət edə bilməyən tramvayın şikayət edən sürücüsünə tərəf gedir. O tramvaya minir və insanlarla söhbət edir: «Bəzi insanlar düşünürlərki, onlar qanundan yuxarıda dayanırlar. Buna görə də mən Odessada qanun bərpa etmək üçün yeni polis rəhbəri təyin etdim. İnsanlar 20 dəqiqədir günün alıtında gözləyir. Hansısa özündən razı biri qərar verib və maşınını burda saxlayıb».

Hiç yorum yok: