Manşet
Natiq Güləhmədoğlu
Bilirsiniz, İntiqam Əliyev
nə oğuldu?! Bəh, qızıl
parçası!
Xədicə İsmayılı demirəm
hələ! Cəsur, vicdanlı! Heç
nədən, günahsız yerə
salıblar türməyə!
Tofiq Yaqublu haqda qoy
danışmayım, ürəyim
çırpınır ona edilən
zülmləri xatırlayanda!
İgiddi, dağdı!
Asif Yusiflini də bilirsən də,
Qarabağ qazisi, mərd oğul.
Qardaş, o Seymur Həzinin
yazılarına təşnə qalmışıq,
parlaq zəka sahibi, gözəl
insandı! Belə insanı da
türmədə saxlayarlar?!
3 ildi heç nəyə görə
türmədə saxlanılan İlqar
Məmmədov! Şərlənən
hacıağalar, pırıl-pırıl
gənclər! Hər gün onları -
siyasi məhbusları yada
salıram, gecə evdəkilər
yatanda keçib bir küncdə
ağlayıram.
Bu sözləri indi çoxlarından
eşidə bilərsiniz. Onların
əksəriyyəti səmimidi,
qəlbinin hökmünü ifadə
edir. Fəqət bir qövm da
var ki, vay-vay, aman
onların əlindən, onlara
“duos nömrəli”
telefonların adam varinatı
deyirəm. Onlar müxalif
cameə ilə bir nömrə,
iqtidardakılarla isə başqa
nömrəylə danışarlar.
Başqa zamanlarda işəri
yağ kimi gedən bu
qövmün də taleyi manatın
kursu kimi qara
gəlməkdədir. Hökumət
onlara qarşı çox amansız
davranıb. Çünki zalım
uşağı elə adamları şərləyib
tutub ki, qövm onlar
barədə açıqda pis söz
deməyə çətinlik çəkir,
böhtan yapışdıra bilmir,
ümid qalır ancaq küncdə-
bucaqda qeybət yaymağa,
bundan da “Fatıya tuman
çıxmır”. Elə bir şərait
yetişib ki, cəmiyyətdə az-
maz siyasi çəkiyə sahib
olmaq üçün mütləq
günhasız məhbusların
müdafiəsi istiqamətində
nəsə deməlisən, o qövm də
bu zərurtdən çıxış edərək,
vaxtaşırı siyasi
məhbuslara görə
yuxarıdakı yazdığım
tərifləri, ürək ağrıların dilə
gətirirdilər. Arif adamlar
bu oyunbazlığı siftədən
bilirdi, ancaq dustaqlara
xatir bunları "lənət
şeytana" deyib
ötüşdürürdülər.
***
Ancaq eləki yetişdi
"Avropa Oyunları", bax
onda hökumət öz "müstəqil
partiya”larına, "müstəqil
qht"lərinə, "müstəqil
jurnalist"lərinə, xülasə, şah
damarı əlində olna hər
kəsə dedi: “Uşaqlar çöldə
şənləndiniz bəsdi, gəlin
içəri, dərsimiz başlayır.
İndi hamınız mən deyəni
təkrarlayın. Ucadan deyin,
A!”.
Bu artıq mini qiyamət
günü idi. Burada Tağı
Əhmədov demiş,
burcutmağa yer yox idi,
süni ürək ağrıları, qarın
sancıları ilə gizlənməyə yer
qalmırdı. Xora qoşulub “A”
demək lazım idi, dedilər
də: "Məhkəmələrimiz
ədalətlidir, yollarımız
şümal, polislərimiz mələk,
siyasi məhbsularımız
cinayətkar, Oyunların
açılışı cazibədar, südümüz
şirin, çayımız pürəngidir,
"Sarı gəlin" də heç də, o
çoxdan bizimdir! Ura!".
***
Hökuməti guya hansısa
bədxərclikdə tənqid edən
"müxalifətçi", "fəal" gedib
milyardların israf olduğu
"Oyun"da rol aldı, selfe
çəkdirdi. Siyasi məhbuslar
üçün müsabiqə keçirən
klub siyasi məhbusa
cinayətkar deyəndə əl çaldı!
Zahirən qatmaqarışıqlıq
yarandığı təəssüratı
doğursa da, əslində gözəl
bir yerbəyer, aydınlaşma
prosesi getdi. Düz əyridən
seçildi. Ən vacibi, həqiqət
yarımhəqiqətdən heç vaxt
yıxılmayacaq sədd kimi
ayrıldı və gün kimi
parladı! Mən bu
münasibətlə xalqımızın
təəssübünü çəkən hər kəsi
təbrik edirəm. İndi isə sözü
Asif Ataya buraxaq. O,
bizə həqiqətlə
yarımhəqiqətin nə
olduğunu hərarətli
formada izah edəcək!
Yarımhəqiqət
Həqiqətsizlik ilə
yarımhəqiqət qohumdur.
Yarımhəqiqət həqiqət libası
geymiş qeyri-həqiqətdir.
Yarımhəqiqət - mənəvi
səfillərin, bəsitlərin,
qanadsızların, sönüklərin
tapındığı, gizləndiyi süni
bir dünyadır. O,
qəhrəmanlıq, fədakarlıq
tələb etmir. Eybəcər, saxta
mühitlə münaqişə
yaratmır. Sarsıntılı anlar,
dramatik həyəcanlar,
özünütəhlil, dünyanı təhlil
əzabı yarımhəqiqət
timsalından uzaqdır.
Yarımhəqiqət sakit, rahat,
sabit, firavan həyat tərzi
doğurur. Həm
həqiqətpərəst pyedestalına
qalxırsan, həm də
antaqonist, antihumanist
cəmiyyətin bütün
nemətlərini dadırsan.
Şirin, ecazkar xülya səni
öz gözündə qəhrəmana
çevirir, həm də meşşan
səadəti və şöhrətinin
nəşəsilə hüşyar olursan.
Yarımhəqiqətə qapınanlar
dənizin sahilində dayanıb
dalğaları seyr eləyənlərə
bənzəyirlər. Onlar ancaq
xəyalən özlərini dalğalarla
çarpışan görürlər.
Cabbarlının ölməz “Oqtay
Eloğlu”sunda
yarımhəqiqətin bütün
çalarları dahiyanə qüdrətlə
əks olunmuşdur.
Cəngavərlik elə, lakin
müəyyən bir sədd, ölçü
daxilində. Həm xalq üçün
yaşa, həm də özün üçün.
Həm el oğlu ol,
ümumtarixi fəaliyyətə
qoşul, həm də mənfur
mühitə qaynayıb-qarış,
başın sığallansın, süd
gölündə üz! Həm
antaqonist cəmiyyəti
tənqid et, həm də başına
təhqir, söyüş, nifrət
zərbələri əvəzinə gül-çiçək
yağsın, həm dahi ol, həm
də varlı, həm munis ol,
həm də fəndgir.
Oqtaya verilmiş öyüdlərin,
dərslərin mənası budur.
Bəli, biz zadəganlar,
Aslanbəylər sənəti sevirik,
onu məktəb adlandırırıq.
Lakin sənət fədaisinə qız
vermək qəbahətdir.
“Rodovoy dvoryanin”,
“mejdunarodnıy
kommersant” hara, “it
dəftərində adı olmayan”,
“jalkiy”, “razvratnıy”
aktyor hara?! Bəli, biz
Səmədlər sən Oqtaya
hörmət bəsləyirik.
Lakin xalq səni anlamırsa,
qiymətləndirmirsə – Don-
Kixotluluğundan əl çək!
Yarımcəngavər ol!
Səpələn pul ilə sənət
arasında!
Məhəbbət ilə ideal
arasında!
Sünilik ilə əsillik arasında!
Yarıminkar, yarımtəsdiq
ol!
Oqtay mühitinin qəti tələbi
belədir. Oqtay öz həyatıyla
bu tələbləri rədd edir.



Hiç yorum yok: