Manşet
"Bir aydan çoxdur ki, iqtidara açıq və gizli işləyən media Cəmil Həsənliyə hücumları, böhtanları, təhqirləri dayandırmır, onu əsas hədəfə çeviriblər.
Niyə uzağa gedirik?! Qarşı tərəflərin nüfuzunu itirə-itirə getdiyi bir zamanda Cəmil bəy güvənilən, inanılan bir obrazını qoruyub saxlaya bilir. Heç vaxt siyasi liderliyə can atmayan, heç bir siyasi təşkilatı olmayan bir ziyalının bu cür etimad qazanması, bu cür nüfuzlanması və bu nüfuzu qoruyub saxlaya bilməsi indi bizim cəmiyyət üçün sıradan hadisə deyil.
Hələ seçki debatları zamanı ona qaranlıq keçmiş düzəltmək, onu da özlərinin çirkabına bulaşdığı iqtidara bağlamaq cəhdləri olmuşdu. Faydası olmadı, çünki Cəmil bəyin ictimai bioqrafiyası həmin günlərdə yarandı. Uzun keçmişi və bioqrafiyası olan siyasətçilərin göstərə bilmədiyi yetənəyi, yanğısı, cəsarəti həmin gün ona olduqca aydın, ləyaqətli bir bioqrafiya başlatdı. Ən müxtəlif mövqeli insanlar onu bağrına basdı, seçki günü bəlli oldu ki, heç vaxt səsini çıxarmayan insanlar regionundan, yaşından, təşkilatından asılı olmayaraq Cəmil müəllimə səs verdilər. Məsələ bu səslərlə də bitmədi, ona bu günəcən gücünü saxlayan sayğı, etimad, güvən yarandı..."
Davamı bu linkdə: http://www.azadliq.info
/xeberler/358-xeber/68849-cmil-hsnliy-huecumlar-niy-artb.html
Hiç yorum yok: