reklam

Manşet

DÜNYANI XİLAS EDƏN ŞƏXS

Yazar Unknown 11 Temmuz 2015 Cumartesi 0 yorum
Yəqin çoxlarınızın Karib böhranından xəbəriniz var. XX əsrin ortalarında ABŞ və SSRİ Karib məsələsində bir-biri ilə həqiqi mənada kəllə-kəlləyə gəldi. SSRİ bir-neçə R-12 raket nüvə kompleksini Kubada hazır vəziyyətə gətirdi. Bu bombalardan biri Los-Angeles, Vaşinqton, Nyu-York kimi iri şəhərləri məhv etməyə yetəcək qüvvədə idi. Nüvə başlıqları gizlin hazır vəziyyətə gətirilmişdi. ABŞ isə Türkiyə və İtaliyada Moskvanı yer üzündən siləcək nüvə başlıqları yerləşdirdi.
Həmin ərəfədə sovet sularından gizlin tapşırıqla 4 dizel mühərrikli sualtı qayıq yola çıxdı. 4 qayıqdan biri olan "B-59" sualtı qayığının bortunda ikinci dərəcəli kapitan Vasiliy Arxipov xidmət edirdi. ABŞ ordusu 1962-ci il oktyabrın 28-də Sovet sualtı qayıqlarını "küncə sıxışdırdı". B-59-un komandiri ölkənin adına xələl gəlməməsi üçün bütün Amerikan flotunun məhv edilməsinə dair göstəriş verdi. Lakin Bu dəhşətli anda Vasiliy Arxipov dünyanı xilas etdiyini bilmədən "veto" hüququndan istifadə etdi və nüvə başlığının buraxılmasını qadağan etdi. Sualtı qayıqda mübahisə yarandı. Heyət Arxipovu dəstəklədi. 29 oktyabr 1962-ci ildə sualtı qayıq geri qayıtdı. Vasiliy Arxipov 1999-cu ildə böyrək xərçəngindən vəfat etdi. 2002-ci ildə Kuba böhranının 40 illiyi ilə əlaqədar keçirilən konfransda bütün sirrlər açıldı və yalnız onda məlum oldu ki, adi kapitanın qəti sözü dünyanı fəlakətdən qurtarıb. Milli Arxiv idarəsinin direktoru Tomas Blenton Karib böhranını qısaca belə ifadə etdi: "Vasily Arxipov adlı birisi yerdə həyatı xilas etdi"
Bunu SSRİ-də biabırçılıq kimi qələmə verdilər və o ömrünün sonunadək Vətəninə biabırçılıqla deyil qalibiyyətlə döndüyünü bilmədi.

Hiç yorum yok: