reklam

Manşet

Gültəkin Hacıbəyli:"Rusiya Ordusunu gücləndirmək məqsədi ilə Ermənistana 200 milyon dollar pul bağışladı!"

Yazar Unknown 2 Temmuz 2015 Perşembe 0 yorum
O pula alınacaq texnika ilə Qarabağ və ətraf rayonlar işğal altında saxlanılacaq, balalarımız şəhid olacaq. Avropa Şurası, Avropa Parlamenti, Almaniya Bundestaqı 50 dəfə Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğal olunduğunu rəsmi mövqe olaraq ortaya qoyduğu halda onları "ermənipərəst, paxıl, xain" adlandıran "vətənpərvər" millət vəkilləri, partiya sədrləri, redaktorlar, ictimai fəallar, haradasınız? Haydı, şığıyın Rusiyanın və onun əlaltılarının üstünə! Niyə səsiniz gəlmir? "Yeni Müsavat" Rusiyanın və Putinin dostlarını niyə ifşa etmir? XİN və Novruz Məmmədovdan Rusiya ilə diplomatik münasibətlərə yenidən baxılacağı haqqında bəyanatlar gözləyirəm. Haydı "igidlər"!

Hiç yorum yok: