reklam

Manşet

"Space" bağlı baş verənlərdə Sevil Əliyeva faktoru?

Yazar Unknown 7 Temmuz 2015 Salı 0 yorum
“Space” telekanalı ətrafında yaranan qalmaqal ölkə başçısı Ilham Əliyevin bacısı Sevil Əliyevanın son günlər fəallaşması ilə bağlı olduğu barədə iddialar var. Hakimiyyətə yaxın mənbə bildirir ki, hazırda Londonda yaşayan Sevil Əliyeva hakimiyyətdəki sabiqləri ətrafına topladığı haqda məlumatlar dolaşır. Həmçinin onun sosial şəbəkələrdə hakimiyyətə dolayısı mesajlar verməsi, iqtidarın yarıtmaz siyasətinə eyhamlar etməsi müşahidə olunur. Bu ərəfədə onun sahibi olduğu “Space” telekanalı ilə bağlı ard-arda qalmaqalların ortaya çıxması ilə Sevil Əliyevanın fəallaşması arasında bir əlaqənin olduğunu düşünənlər var.
“Məsələ burasındadır ki, digər telekanallarda da oxşar hallar olur. Amma hələ indiyə qədər həmin telekanalın qapadılması məsələsi gündəmə gəlməyib. Digər tərəfdən ”Space"in auditoriyası digər telekanallarla müqayisədə çox azdır. Bu halda digər televiziyalarda baş verən oxşar hadisələrlə bu qədər müzakirə olunmamasının, amma “Space”in hətta bağlanmasının gündəmə gətirilməsi qəribədir. Hər halda belə mülahizələr var ki, məsələnin kökündə Sevil Əliyeva faktoru dayanır".
 

Hiç yorum yok: