Manşet
Dostumuz və həmkarımız Xədicə İsmayılın doğum günüdür. Xoşbəxtdir ki, belə gənc yaşında tarixdə özünə yer qazandı, adını haqqın və ədalətin dönməz carçısı, yorulmaz müdafiəçisi kimi möhürlədi. Onu sözündən, qələmindən, araşdırıb üzə çıxardıqlarından qorxaraq şər-böhtanla həbs etdirənlər artıq onun qarşısında məğlubdurlar. O, iindi nisbi azadlıqda deyil, ama çoxlarından çox azaddır. Onun bir unikal cəhəti də hər zaman, ən çətin anlarda belə, nikbin görünməsidir. Hətta həbsxanaya da gülə-gülə getdi. İnşallah, öz nikbinliyi və iradəsi ilə dəmir barmaqlıqları da "əridər", tezliklə nisbi azadlığına qovuşub sıralarımıza qayıdar,və birlikdə xalqımızın, dövlətimizin həqiqi azadlığına qovuşmasının sevincini yaşayarıq.
Hiç yorum yok: