reklam

Manşet

Zaqatala Olimpiya Kompleksi bağlandı

Yazar Unknown 31 Mayıs 2015 Pazar 0 yorum
Zaqatala Olimpiya İdman Kompleksi 12 aprel 2006-cı il tarixdən istifadəyə verilib.
Əslində zaqatalalılar belə gözəl olimpiya kompleksi olmasından az istifadə etsədə fəxr edirdi. Düzdü kompleksin foesinə girəndə tualet iyi versədə kompleksimiz var idi.
Orda işləyən işçilər ailələrini dolandırırdılar. Futbol klubumuz ligada çıxış edirdi, başqa rayonlardan bizə qonaqlar gəlib şəhərimizi tanıyırdılar. Əmma düzgün qurulmayan sistemmi deyək yoxsa səhlənkarlıqmı bilmirəm adını nə qoyum, dünəndən kompleksimiz işləmir. Topçularla birlikdə oranın bütün işçilərinə 4 ay dan çoxdu maaş verilmir buda eşitdiyimə görə 1 milyondan çox məbləğdi.
Bu günlərdə idman yarışı keçirən Azərbaycan da 3 klub birdən bankrot edir.
Əlavə onu deyə bilərəm ki gərək sistem elə qurulsun ki bir nəfəri işdən çıxaranda (hansısa şirkətin rəhbəri nəzərdə tutub demişəm) bu klublarımıza təsir etməsin.
İnşa-Allah tez bir zamanda kompleksimiz yenidən fəaliyyət göstərər.

Hiç yorum yok: