Manşet
Şəkildə gördüyünüz qəhrəmanımızın adı Natiqdir. O, Qarabağ müharibəsində erməni yaraqlıları tərəfindən əsir götürülüb. Əlindəki bayraq isə üçrəngli Azərbaycan bayrağıdır. Natiq döyüş bölgəsindən evinə yenicə qayıtmışdı ki, "Xocalı" soyqırımı baş verdi. O, məktub yazaraq evi tərk etdi. Məktubda deyilirdi: "Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm". Natiq «Qarabağ şahinləri» dəstəsinə qoşularaq ermənilərə qarşı mübarizə apardı. Sona qədər tək başına vuruşan Natiqin 2 gülləsi qalmışdı. Yanında olan Cəfər müəllim ondan xahiş etmişdi ki, son gülləsini ona vursun. Cəfər müəllim əsir düşməkdənsə heç olmasa özümüzünkülərin gülləsindən ölməyi seçmişdi. Natiq isə Cəfər müəllimi vurmadı. Güllələri havaya ataraq ermənilərə tərəf bağırdı. Cəfər müəllim 14 mart 1992-ci ildə əsirlikdən xilas oldu. Natiqin sonrakı taleyi barədə isə heç bir məlumat yoxdur....
Hiç yorum yok: