reklam

Manşet

Cəmil Həsənli:"Bakıda Cumhuriyyət liderlərinin heç birinin adına bir abidə yoxdur."

Yazar Unknown 28 Mayıs 2015 Perşembe 0 yorum
“Bu, indiki hakimiyyətin cümhuriyyət banilərinə qısqanc münasibətinin təzahüridir”
 
Sabah Azərbaycan Demokratik Cümhuriyyətinin (ADC) yaradılmasının növbəti ildönümüdür.
 
Maraqlıdır, müstəqillik əldə etdiyimiz bunca müddət ərzində ADC-nin banilərinin adlarının əbədiləşdirilməsi, onların fəaliyyətinə layiqincə qiymət verilməsi baxımından yetərincə iş görülübmü? Bugünkü müstəqil Azərbaycan bu məsələdə ADC qarşısında kifayət qədər üzüağ, alnıaçıq hesab oluna bilərmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən tarixçi alim, professor Cəmil Həsənli məlum istiqamətdə atılan addımların qənaətbəxş olmadığını vurğuladı:
“Təbii ki, bu sahədə görülən işləri qənaətbəxş hesab etmək olmaz. O insanlar bu xalqın qurucu babalarıdır. Onlar Azərbaycan dövlətçiliyinin cümhuriyyət zəminində bünövrəsini qoyanlardır. Azərbaycan xalqının, türk millətinin boynunda onların böyük haqqı var. Son yüz il ərzində əldə etdiyimiz bir çox şeylərə görə onlara borcluyuq. Buna görə də bu adamların adının əbədiləşdirilməsi, onların adlarına ölkənin müxtəlif bölgələrində abidələrin qoyulması, onların xatirələrinin bütövlükdə millətin ruhuna hopdurulması baxımından bugünə qədər görülən işləri qənaətbəxş hesab etmək olmaz.
 
Baxın, Bakı şəhərində - ölkənin paytaxtında bir dənə də olsun cümhuriyyət liderinin abidəsi yoxdur. Bunu necə qənaətbəxş hesab etmək olar? Söhbət o insanlardan gedir ki, onlar öz canları, qanları, iradələri hesabına xalqı, dövləti azad ediblər. Bu insanlar həmin abidələri, həmin hörmət və ehtiramı haqq edirlər. Lakin biz bu hörmət və ehtiramı görmürük.
 
Uzun müddətdir ki, Rəsulzadənin adına bir neçə yerdə daş qoyulub. Amma bunlar elə daş olaraq da qalır. 20 ildən artıqdır ki, bu daşların üzərində yazılıb ki, burada Rəsulzadəyə abidə qoyulacaq. Axı nə mane olurdu ki, Rəsulzadəyə, Topçubaşova, Fətəli xan Xoyskiyə, Nəsib bəy Yusifbəyliyə abidə qoyulsun?


Bunların hamısı indiki hakimiyyətin cümhuriyyət banilərinə qısqanc münasibətin təzahüridir”.

Hiç yorum yok: