reklam

Manşet

Daha bir esger öldü.

Yazar Unknown 24 Mayıs 2015 Pazar 0 yorum
Hərbçinin xalası oğlu Cavid Hacıbəyli yazır:
1992 təvəllüd Babaşov Tapdıq Əlizaman oğlu, Qobustan rayon Hərbi komissarlıqdan həqiqi hərbi xidmətə çağırılmışdı. BDU-nun tarix fakultəsini bitirmişdi. Əsgərliyə getmək üçün o qədər həvəsli idi ki. FHN-nin Biləcəridə yerləşən hərbi hissəsində xidmət edirdi. Güya deyirlər ki, 4-cü mərtəbədən yıxılıb. Normal insan niyə yıxılsın ki? Necə ola bilər bu? Qollarında kəndir izləri var imiş, qollarını bağlayıblarmış. Belə şərəfdsizlik olarmı? 2 ayın əsgəri idi, andiçməsi təzə olmuşdu. Allah sənə rəhmət eləsin qardaş, vətənini sevən türkçü gənc idi, tarixi o qədər gözəl bilirdi ki. Atasını da 2012-ci ildə itirmişdi, əməliyyat masasında, həkimlərin səhlənkarlığı ucbatından itirmişdi. Özü də əməliyyat masasında şəhid oldu. 22.05.2015-ci ildə gecə yıxıldığı deyilir, ordan Semaşkoya gətiriblər, komada idi. İndi Papalin hərbi hospitalındakı morqdadır.
Əsgərimizin nəşini Şamaxıya aparırıq torpağa tapşırmaq üçün. Bu faciədir. Qollarında ip izləri var, qolları bağlanıbmış. Çox güman ki,onun döyüb qollarını bağlayıb və binadan yerə atıblar.

Hiç yorum yok: