Manşet
Təəssüf ki, müəmmalı şəraitdə baş verən əsgər ölümləri hələ də davam edir. FHN-nin Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsində 1990-cı il təvəllüdlü Babaşov Tapdıq Əlizamin oğlu həlak olub. Tapdıq Babaşov həm də vətəndaşlıq mövqeyi olan bir gənc imiş. “Əsgər ölümlərinə son!” tələbilə keçirilən aksiyalarda iştirak edirmiş. Tapdığın anası deyir ki, oğlu öldürülüb. Allah Tapdığa rəhmət etsin, doğmalarına səbr versin.
Hökumət əsgər ölümlərinə son qoymaq üçün hərbi hissələrin qapılarını əsgər valideynlərinin və ictimaiyyətin üzünə açmaq, başqa ciddi islahatlar həyata keçirmək əvəzinə, “əsgər ölümlərinə son!” tələbilə aksiyalar keçirən gənclərə divan tutdu. Nə əsgərlərimizi, nə də əsgərlərimizin dinc dövrdə ölməməsi üçün mübarizə aparıb, repressiya olunmuş N!DA-çı gənclərimizi unutmayaq!







Hiç yorum yok: