reklam

Manşet

Nümunəvi cəmiyyət belə olar

Yazar Unknown 27 Mayıs 2015 Çarşamba 0 yorum
Şəkildəki şəxsin adı Kadirdir. Ona "Mersedes Kadir" deyirlər. Əqli qüsuru var. Türkiyənin Malatya şəhərində yaşayır. Kadir, qarşısında mersedes loqosu olan taxta parçası ilə bütün günü şəhərdə gəzir. Kadir elə bilir ki, bu taxta parçası onun avtomobilidir. Buraya qədər hər şeyi başa düşdünüz. Əsas məsələ bundan sonrasıdır. Məsələ burasındadır ki, böyük şəhərdə heç kim Kadirə gülüb, onu ələ salmır. Bütün şəhər Kadiri tanıyır. Kadir "avtomobili" ilə bəzi sürücülərdən fərqli olaraq bütün qaydalara riayət edir. Qırmızı işıqda dayanır, düzgün qaydada park edir öz "avtomobili"ni. Yol polisləri də onu tanıyır və hələ ki, heç bir polis onu ələ salmayıb. Polislər hətta onun xətrinə dəyməmək üçün, taxta parçasının onun avtomobili olduğunu qəbul etmək üçün ona cərimə də yazıblar. Kadiri avtomobil təmirçiləri də tanıyır. Kadir bir neçə dəfə öz "avtomobili"ni təmirə də aparıb. Ustalar da onun xətrinə dəyməyib. Onlar taxta parçasına bəzi əşyalar asıb və güzgü bağlayıblar.
Əsl türk insanı budur. Malatya insanına halal olsun!
Trajikomik əlavə: Bir gün Kadir yenə öz "avtomobili"ni ustaya aparıb. Usta deyib ki, 1 gün sonra gəl götür maşını. Kadir 1 gün sonra gəlib. Usta deyib ki, hələ hazır deyil sabah gələrsən. Səhəri yenə ustanın yanına gələn Kadir, bunu deyib "Səninki olmadı usta. 2 gündür piyada gəzməkdən ayaqlarım ağrıyır"
frown duyğusu

Hiç yorum yok: