reklam

Manşet

Qarabagı unutmadıq.

Yazar Unknown 25 Mayıs 2015 Pazartesi 0 yorum
Şəkildəki polkovnik Osmanov Vahid Osmanhacı oğludur.1957 - ci ildə Balakən rayonunun Katex kəndində anadan olub. Salyanski adına hərbi məktəbi bitirən kimi Əfqanıstana göndərilir və 5 il ərzində müxtəlif döyüşlərin iştirakçısı olur. 1992 - 1994 Azərbaycan respublikasının Füzuli rayonunun işğalçılardan azad edilməsində iştirak edib. Əvvəlcə könüllülərdən ibarət batalyonun, 723 polkun komandiri, sonradan isə əfsanəvi 702 - ci briqada əməliyyat rəisi və eyni zamanda komandirininbirinci müavini kimi Füzuli rayonunun 22 kəndinin və o cümlədən strateji ərazi kimi tanınan Horadiz (Horadiz əməliyyatı) döyüşlərində iştirak edib. Ermənilərin kabusuna çevrilən Vahid Osmanov və silahdaşları xeyli sayda düşmənin texnikası və canlı qüvvələrini məhv edib. Müxtəlif medallar, fərmanlar və Azərbaycan bayrağı ordeni ilə təltif olunub. Müharibədən sonrakı illərdə Azərbaycan Ali Hərbi məktəbində Silah və Atəş kafedrasında, kafedra müdürünün köməkçisi kimi çalışıb. 2009 - cu ildə Noyabr ayının 9- da iş yerində ürək tutmasından vəfat edib. Mərhum doğulduğu Balakən rayonunda dəfn edilib. Allah rəhmət eləsin!
Qeyd: Şəkil Horadiz kəndi işğalçılardan azad olunduqdan sonra xatirə olaraq çəkilmişdir.

Hiç yorum yok: