Manşet

Yanğında ölən 55 yaşlı qadının qızıyla son dialoqu
Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/39 ünvanındakı binada yanaraq həyatını itirən 55 yaşlı Alla Həsənova ilə bağlı maraqlı fakt üzə çıxıb.
A.Həsənovanın xəstəxanaya yerləşdirilmiş qızı bildirib ki, anası yanğın zamanı ev heyvanlarını çıxara bilmədiyi üçün mənzildən ayrılmayıb. O, 2 yaşlı nəvəsini yaş dəsmala bükərək qızına verib və evi tərk etmələrini tələb edib. Özü isə “mən heyvanları bu vəziyyətdə qoyub gedə bilmərəm” deyərək qorxudan çarpayıların altında gizlənmiş it-pişikləri xilas etməyə çalışıb.
Qeyd edək ki, A.Həsənovanın həyat yoldaşı 1994-cü ildə Füzuli döyüşlərində həlak olub və İkinci Fəxri Xiyabanda dəfn edilib. A.Həsənova isə xiyabanla üzbəüz yerləşən rus qəbiristanlığında torpağa tapşırılıb. (lent.az)



Hiç yorum yok: