Manşet
Xətai islamı ikiyə bölmüş,
Fətəli Allahsız, Vaqif baz idi,
filankəs azacıq qumarbaz idi,
gecəli gündüzlü Hadi dəm idi,
O əyyaş, bu fərsiz, o bigam idi,
biri qərəzkardır, biri xəsisdir,
bu ondan yaxşıdır, o bundan pisdir,
Natavan beləydi, Həcər eləydi,
böyüklər önündə o bir köləydi,
rəhmət demirik amma bir kərə,
milləti ucaldan rəhmətlilərə
bir deyən yoxmudur,
pəki SƏN KİMSƏN?!
Danış, bu Millətə nə gətirmisən?!
Sən böhtan atdığın bu böyüklərin,
yüzdə biri qədər nə iş görmüsən?!
B. Vahabzadə..
Hiç yorum yok: