reklam

Manşet

Yaponlar saat kəşf edirlər.

Yazar Unknown 2 Temmuz 2015 Perşembe 0 yorum
Özəlliyi də
bundan ibarət olur ki, yalan eşidəndə
saatın əqrəbləri 1 dəqiqə irəli qaçır.
Saatı sınamaq qərarına gəlirlər. Öncə
onu yapon televiziyalarının birində
divardan asırlar. 24 saatdan sonra
baxış keçirəndə saatın əqrəbinin 2
dəqiqə irəli getdiyini müşahidə
edirlər.
Daha sonra saatı İngiltərə
televiziyasında sınayırlar. Bir
sutkanın tamamında saatın
əqrəblərinin 5 dəqiqə irəli getdiyinin
şahidi olurlar.
Nəhayət, saatı Azərbaycanda
yoxlamaq qərarına gəlirlər. Məkan
kimi AzTV-ni seçirlər. Saatı kanalın
xəbərlər studyasında divardan asırlar.
24 saatdan sonra nəticəylə tanış
olmaq üçün televiziyaya gələndə saatı
yerində görmürlər. Xəbərlər
departamentinin rəhbərinə yaxınlaşıb
soruşurlar:
- Biz dünən burda saat qoyub
getmişdik, o hanı?
Departament rəhbəri təəccüblə:
- O saat idi?! Bunu əvvəldən
deyərdiniz də... Biz də fikirləşə-
fikirləşə qalmışıq ki, qışın günündə
ventilyator bizim nəyimizə lazımdır?


Hiç yorum yok: